Elektron sənəd arxivinizi süni intellektin dəstəyilə effektiv şəkildə təşkil edin.
ArchiveX - Süni intellekt əsaslı qabaqcıl imkanlarla təchiz olunub və sənədlərin kataloqlaşdırılması ilə yanaşı ağıllı sənəd arxivlənməsi təcrübəsini təqdim edir. Elektron sənədlərinizi effektiv formada idarə etməklə — əl əməyini azaldın, səhvləri minimuma endirin və məlumatlara daha sürətli çıxış əldə edin.
Skan edilmiş elektron sənədlərin avtomatlaşdırılmış qaydada axtarıla bilən rəqəmsal mətnə çevrilməsi ilə daha təkmil axtarış təcrübəsinə malik olun.
Açar məlumatların avtomatik şəkildə oxunması ilə müqavilələr, ərizələr, hesab fakturalar və digər sənədlərin qeydiyyatını effektiv şəkildə təşkil edin.
Sənəd növünün məzmun və struktur əsasında süni intellekt vasitəsilə avtomatik müəyyənləşdirilməsi imkanı sənədlərinizin sürətli və kütləvi qeydiyyatını mümkün edir.
Elektron arxiv sistemimiz süni intellektlə təchiz olunub və sənədlərin kütləvi qeydiyyatından başlamaqla strukturlaşmış kataloq, qabaqcıl axtarış və təhlükəsiz girişə nəzarət kimi ən tələbkar ehtiyaclara cavab verir.
Müasir kataloq və qabaqcıl axtarış imkanları ilə təchiz olunmuş təkmil elektron arxiv sistemi.
Sənədlərin sürətli elektron arxivlənməsi, habelə sənədlər üzərində effektiv axtarış üsulları əməkdaşlara vaxtlarından səmərəli istifadə etməyə imkan verir.
Sənədlərin və meta-məlumatların arxivə daxil edilməsi zamanı insan amili ilə bağlı səhvlərin minimuma endirilməsi.